Almaniyanın yeddi ən irimiqyaslı infrastruktur layihəsi 16 milyard avro xərc tələb edir
Almaniyada söhbət ən böyük infrastruktur layihələrindən gedəndə, həmin ölkənin KİV-lərində tez-tez bu ifadəyə rast gəlmək olur: "milyardlar məzarlığı". Berlində beynəlxalq aeroport son illərdə Almaniyada inşası uzanan tikinti nümunələrindən bir kimi dillərdə dastan olub. "Berlin-Branderburg" beynəlxalq hava limanının son dəyərini, eləcə də onun terminallarından ilk uçuşun dəqiq tarixini heç kəs deyə bilmir. Rəsmi məlumatlara görə, layihənin büdcəsi 4,3 milyard avro təşkil edir ki, bu da 2004-cü ildə planlaşdırma zamanı nəzərdə tutulan xərclərdən 2,5 dəfə çoxdur.
Yeddi layihəyə investisiyaların həcmi 16 milyard avro təşkil edir. İnşa olunduğu illər ərzində bu obyektlərə çəkilən xərclərin həcmi durmadan artır. Bahalaşmaya çox vaxt texniki çətinliklər, hesablamalardakı qüsurlar və layihənin həyata keçirilməsi vaxtının uzadılması səbəb olur.
Ştutqart sakinləri şəhərin mərkəzində yeraltı vağzalın inşasına etiraz etmək üçün 2010-cu ilin avqustunda "Yuxarıda olaq!" şüarı ilə küçələrə axışmışdılar. Şəhər sakinlərini vergi ödəyicilərinin çiyinlərinə düşəcək nəhəng xərclərdən başqa 1928-ci ildə tikilmiş vağzalın tarixi binasının sökülməsi və ətraf mühitə vurulacaq ziyan hiddətləndirmişdi, çünki tikinti işləri üçün ona bitişik parkda yüzlərlə ağac kəsilməli idi. "Spiegel Onlayn"ın 2012-ci ilin dekabrında açıqladığı məlumata görə, inşaatın yeni qiyməti artaraq 4,5 milyarddan 6,8 milyard avroya çatıb.
Hamburq limanındakı körpülərdən birində inşa olunan filarmoniyanın açılışı münasibətilə konsertin tarixi artıq iki dəfə dəyişdirilib. Şəhərin hakimiyyət orqanları və podratçı "Hochtief" inşaat şirkəti arasında qiymətlə bağlı fikir ayrılıqları nəticəsində bu inşaat artıq iki ildir ləngiyir. 2005-ci ildə ilkin qiymət barədə məlumat açıqlananda layihənin smeta xərcləri həddindən artıq artaraq 106 milyon avrodan 789 milyon avroya çatıb.
1,1 milyard avro civarında qiymətləndirilən Köln metrosunun genişləndirilməsi, Berlində, BND Federal Kəşfiyyat Xidmətinin smeta xərcləri təqribən 912 milyon avro olan yeni iqamətgahı, Berlin metrosunun şəhərin tarixi mərkəzindən keçən, qiyməti 525 milyon avro olan, camaat arasında "Kanzlerbahn" adlandırılan yeni qolu, Bundestaqın hələlik layihə mərhələsində olan və dəyəri təqribən 330 milyon avro olacağı ehtimal edilən informasiya mərkəzi ən irimiqyaslı meqalayihələrdir.
Bütün bu layihələrin dəyəri təqribən 16 milyard avro civarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB