AK İsveçrədə mühacirlərin kvotaları ilə bağlı referendumun nəticələrini kəskin tənqid edib
Avropa Komissiyası İsveçrədə keçirilmiş referendumun nəticələrini kəskin edib. Referendumda ölkə vətəndaşlarının əksəriyyəti mühacirlər üçün kvotanın bərpa edilməsinin lehinə səs verib. İlk növbədə, dəyişikliklər Avropa İttifaqından (Aİ) olan işçi qüvvəsinə aiddir, çünki başqa ölkələrdən olan əcnəbi mütəxəssislər üçün kvotalar İsveçrədə artıq qüvvədədir.
Avropa Komissiyasının bəyanatında bildirilir: "Bu qərar İsveçrə və Avropa İttifaqı arasında insanların yerdəyişmə azadlığı prinsipi ilə ziddiyyət təşkil edir.
Avropa Komissiyası xəbərdarlıq edib: "Avropa İttifaqı bu təşəbbüsün Aİ ilə İsveçrə arasında münasibətlərin bütün kompleksi üçün mümkün nəticələrini təhlil edir".
Avropa İttifaqı ölkələrindəki onlarla sağ radikal partiya referendumun nəticələrini diqqətlə təhlil edir, əldə olunmuş təcrübədən miqrasiya problemlərinin İsveçrədəkindən daha kəskin xarakterdə olduğu ölkələrdə istifadənin mümkünlüyünü öyrənir.
Fevralın 9-da isveçrəlilərin 50,4 faizi əcnəbilər üçün kvotalar sisteminə qayıtmaq və müxtəlif kateqoriyalara (sərhədyanı regionların sakinləri, qaçqınlar) daxil olan mühacirlərin sayının məhdudlaşdırılması təklifini dəstəkləyib.
Bu təşəbbüsü İsveçrə Xalq Partiyası (İXP) ictimaiyyətin müzakirəsinə çıxarıb.
Hazırda əcnəbi mütəxəssislər üçün kvotalar yalnız Aİ-nin 2002-ci ildən Vətəndaşların Yerdəyişmə Azadlığı Haqqında Sazişin qüvvədə olduğu dövlətlərinə aid deyildir. İXP həmin sazişin də ləğv olunmasını təklif edir.
Ultrasağ siyasətçilər hesab edirlər ki, ölkə ildə 80 minədək əcnəbini qəbul edə bilməz. Onların fikrincə, bu, nəqliyyat və təhsil sisteminə, bütövlükdə infrastruktura təzyiq göstərir, son nəticədə isə isveçrəlilərin özlərini iş yerlərindən məhrum edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB