AP-də İsveçrə ilə sərbəst yerdəyişmə haqqında sazişə yenidən baxılmasını istisna etməyiblər

AP-də İsveçrə ilə sərbəst yerdəyişmə haqqında sazişə yenidən baxılmasını istisna etməyiblər

Avropa Parlamentinin sədri Martin Şults konfederasiyada miqrantlar üçün normaların bərpa edilməsi haqqında referendumun yekunları ilə əlaqədar şəxslərin sərbəst yerdəyişməsi haqqında İsveçrə ilə bağlanmış sazişə yenidən baxılmasının mümkünlüyünü istisna etməyib.

M.Şults deyib: "Əgər İsveçrə bu referendumu inkişaf etdirmək üçün qanunvericilikdə dəyişikliklər etməli və Aİ vətəndaşları üçün hərəkət azadlığını məhdudlaşdırmalı olarsa, o zaman biz buna cavab verməli və ola bilsin ki, sazişi yenidən nəzərdən keçirməli olacağıq".

Bu ərəfədə Avropa komissiyası İsveçrədə referendumun yekunlarını tənqid etmişdi. Referendum nəticəsində bu ölkənin vətəndaşlarının əksəriyyəti miqrantlar üçün normaların bərpa edilməsinə səs verib.

İlk növbədə dəyişikliklər Aİ ölkələrindən gələn işçi qüvvəsinə aid olacaq. Konfederasiyaya miqrantların ən kütləvi axını məhz bu ölkələrdəndir.

Avropa komissiyasının bəyanatında deyilir: "Bu qərar İsveçrə ilə Avropa İttifaqı arasında insanların hərəkət azadlığı prinsipinə tamamilə ziddir".

Avropa tənzimləyicisi İsveçrə hökumətini xəbərdar edib ki, "Avropa İttifaqı bu təşəbbüsün Aİ ilə İsveçrə arasında bütün kompleks münasibətlər üçün verə biləcəyi nəticələri təhlil edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə