Macarıstanda kommunal xidmətlər artıq üçüncü dəfə ucuzlaşacaq

Macarıstanda kommunal xidmətlər artıq üçüncü dəfə ucuzlaşacaq

Macarıstan əhalisi üçün kommunal xidmətlərin qiymətləri ötən ildən başlayaraq artıq üçüncü dəfə ucuzlaşacaq.
Macarıstan parlamenti kommunal xidmətlərin qiymətlərinin ucuzlaşdırılması barədə müvafiq qanun qəbul edib.
Sənəddə deyilir: "Aprelin 1-dən qazın qiymətləri 6,5 faiz, sentyabr ayından elektrik enerjisinin qiymətləri 5,7 faiz, oktyabr ayından mərkəzləşdirilmiş istilik təchizatının qiymətləri 3,3 faiz azaldılmalıdır".
Macarıstan əhalisinin təbii qaz, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi, su təchizatı, kanalizasiya və zibil daşınması xidmətlərindən istifadə qiymətləri ötən ilin iyul və oktyabr aylarından başlayaraq, orta hesabla, 20 faiz azaldılıb.
Macarıstanda ailə büdcəsinin orta hesabla beşdəbir hissəsi kommunal xidmətlərin ödənməsinə sərf olunur.
Müxalifət hökuməti aprel ayına nəzərdə tutulmuş parlament seçkiləri ərəfəsində pensiyaçıların və aztəminatlı ailələrin səslərini qazanmağa cəhd göstərməkdə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə