İsveçrə vətəndaşları miqrasiya qanunlarının sərtləşməsi tərəfdarlarıdrılar

İsveçrə vətəndaşları miqrasiya qanunlarının sərtləşməsi tərəfdarlarıdrılar

İsveçrə vətəndaşları ölkə rəhbərliyinin miqrasiya qanunlarını sərtləşdirmək təşəbbüsü ilə çıxış etməsini dəstəklədiklərini bildiriblər. Hansı ki, bu qanunun qəbulu rəsmi Bern və Brüssel arasında ciddi ziddiyyətlər yarada bilər. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, konfederasiyanın keçirdiyi ümummilli referendum nəticəsində 50,4% isveçrəli mühacirlər haqqında kvotaların tətbiq olunması prosedurlarını qəbul ediblər. Bu təkliflə daha öncə İsveçrənin Xalq Partiyası təkliflərlə çışıx edib.

Məlumatda bildirilir ki, ölkəyə daxil olan mühacirlərin kütləviliyinə qarşı 26 İsveçrə kantonu səs verib. Məhz bunun nəticəsində İsveçrə ana yasasında düzəlişlərin edilməsi gözlənilir. Maraqlısı da budur ki, referendumda iştirak edənlər eyni zamanda Avropa Birliyinə daxil olan ölkə vətəndaşlarının da bu ölkəyə daxil olan işçi qüvvələrinin qarşısının alınmasını tələb edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə