Kliçko Yanukoviçi Maydana çağırdı

Kliçko Yanukoviçi Maydana çağırdı

Ümumukrayna müxalifəti birliyi – "Batkivşina"nın liderlərindən biri, Ukrayna Radasının deputatı Aleksandr Turçinov bəyan edib ki, artıq özünümüdafiə briqadalarının yaradılması zamanı çatıb. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, milli dirəniş qərargahı bu barədə razılığa gəlib: "Bizim məqsədimiz insanlarımızın həyatlarını, mülklərini, eləcə də Ukraynanı və konstitusiyasını qorumaqdan ibarətdir".

Turçinov kiyev sakinlərinə müraciətində çağırış edərək deyib ki, müxalifətə qarşı təxribatlar törətməyə cəhd edənlərin qarşısını kəsmək üçün kər kəs növbə çəkməlidir: "Hər rayon ərazisində özünümüdafiə patrulları yaradılmalıdır".

Bu arada "UDAR" partiyasının lideri Vitali Kliçko yenidən Ukrayna prezidenti Viktor Yanukoviçi debata çağırıb və bu dəfə ümummetiraz mərkəzinə çevrilmiş Maydana: "Mən gələn bazar gününə onu debata çağırıram ki, Mydandakıların də onun haqqında nə düşündüklərini öyrənsin".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə