Avstriyalıların və isveçrəlilərin ürəyini yumşalda bilməyən almaniyalı xizəkçilər rusiyalılardan yardım alıblar

Avstriyalıların və isveçrəlilərin ürəyini yumşalda bilməyən almaniyalı xizəkçilər rusiyalılardan yardım alıblar

Almaniya olimpiyaçıları çətin vəziyyətə düşüblər. Xizəkçilərin və biatlonçuların özləri ilə Soçiyə gətirdikləri təchizat qurğuları yararsız çıxıb. Rusiya yığma komandasının üzvləri lazımi avadanlığı verməklə onları vəziyyətdən çıxarıblar. Almaniya Olimpiya İdman İttifaqının prezidenti Alfons Herman etiraf edib ki, belə həmrəylik hissi ilə o ilk dəfədir ki, qarşılaşır. Almaniya yığma komandası əvvəlcə avstriyalılara və isveçrəlilərə müraciət etmiş, lakin rədd cavabı alıb.

A.Herman deyib: "Bu zaman nəzərə almaq lazımdır ki, ruslar birbaşa rəqiblərinə kömək etmişlər. Rusiyalılar olmasaydı, Olimpiadaqabağı almanlar yarışlara hazır vəziyyətdə olmayan 40 cüt xizəklə qalardılar".

Rusiya idmançılarının köməyindən sonra almaniyalı biatlonçular, xizəkçilər və ikinövçülük üzrə çıxış edən idmançılar yarışlara uğurla hazırlaşa biliblər. Biatlonçular Arnd Pfayffer, Erik Lesser və Somon Şempel sprintə çıxmaq niyyətindədirlər. Bütün Almaniya həm də skiatlonda Katrin Sellerə, Ştefani Bellerə, Klaudio Nistada və Nikol Fesselə azarkeşlik edir.

Xatırladaq ki, bundan əvvəl Yamaykanın bobsley üzrə əfsanəvi komandası da Soçidə avadanlıqla bağlı problem yaşamışdı. Maliyyə vəsaiti olmadığı üçün olimpiadaya bütün dünyanın köməyi ilə yola salınan idmançılar Rusiyaya gələrkən içərisində avadanlıq və geyimlər olan baqajı yolda itirmişlər. İdmançılar ümidsiz halda aralarında çoxlu dostları olan rəqiblərinə müraciət ediblər. Xoşbəxtlikdən, itmiş baqaj tezliklə sahibinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə