Çexiya Prezidenti Miloş Zeman xanımı İvana və Praqa arxiyepiskopu Dominik Duka ilə birlikdə Adlerdə Çexiya Olimpiya evi açıb. Bu ev ilk növbədə Çexiya idmançılarının və pərəstişkarlarının görüş meydançası olacaq. Zeman idmançılara deyib: "İcazə verin, Çexiya Olimpiya yığmasının rəmzi olum. Məzəli və yöndəmsiz, amma xoşbəxtlik gətirən rəmz".
Çexiya Olimpiya Komitəsi Çexiya evini bilavasitə Olimpiya parkında, əsas idman obyektləri ilə yanaşı yerləşdirməyi planlaşdırıb, lakin olimpiadanın təşkilat komitəsi sahənin icarəsi üçün 10 milyon avro tələb etdiyindən, Çexiya olimpiyaçıları Adlerdə daha ucuz variant seçməyi qərara alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB