"Qoy məni diktator adlandırsınlar, mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur". SİA ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri Venesuelanın prezidenti Nikolas Maduro ölkə KİV-lərinə qarşı sərt qanunlar tətbiq etməsi qərarına münasibətini bildirərkən deyib.
"Mən sərt qanunlar qəbul edəcəyəm və qan, ölüm təbliğatı aparan hər bir mətbu orqan qarısında bu qanunları görəcək", - deyə bildirən Venesuela prezidenti onu da qeyd edib ki, bu həftənin cümə günü həmin qanunu imzalayacaq. Maduro hesab edir ki, "burjua KİV"-i Venesuelanın inkişafı və tərəqqisinə ciddi-cəhdlə mane olmağa çalışır və bu addım həm də dövlət rəhbərliyinə qarşı atılan uğursuz addımdır: "Kapitalizmin təbliğ etdiyi silah və qaniçənlik televiziya proqramlarına da bulaşıb. Bu amil "burjua mətbuatı"nın tərkib hissəsinə çevrilib".
Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro daha öncələr də bu kimi çıxışlar etmiş və həmin çıxışlarında Latın Amerikası, xüsusilə, Venesuela teleseriallarının davamlı yayımı nəticəsində cinayətlərin artdığını bildirmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB