Şimali Koreyada həbs olunan ABŞ vətəndaşı yenidən əmək düşərgəsinə göndərilib
2012 ildə turist qismində Şimali Koreyaya səfər edən Bey Çjun Xo (ABŞ-dakı adı Kennet Bey) adlı ABŞ vətəndaşı KXDR-də "hökumət əleyhinə casusluğa görə" ittihamı ilə həbs edilib. SİA Röyter agentliyinə istinadən xəbər verir ki, Amerika vətəndaşı həmin ittiham əsasında 15 il müddətinə əmək düşərgəsində həbs cəzasına məruz qalmaqdadır. Koreya mənşəli ABŞ vətəndaşı Bey Çjun Xo və ya Kennet Bey ötən ay xəstəliyinə görə əmək düşərgəsində hospitala qaldırılmışdı. Lakin ötən şənbə o yenidən əmək düşərgəsinə göndərilib.
Agentlik onu da bildirir ki, hazırda KXDR həbsxanalarında həbsdə olan onlarla ABŞ vətəndaşı mövcuddur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB