Roma Papasına onun şokoladdan hazırlanmış heykəlini təqdim ediblər

Roma Papasına onun şokoladdan hazırlanmış heykəlini təqdim ediblər

Roma Papası Fransiskin təsvirləri olan siyahı genişlənir. Roma muzeyində pontifikin mumdan hazırlanmış fiquru və Romada Apostol Pavel kilsəsində mozaik portreti bu siyahıda yer alıb.

Vatikanda çıxan "Osservatore Romano" qəzetinin yazdığına görə, beynəlxalq qənnadı konserni şokoladdan Papanın boyu bərabərində hazırlanmış oxşarını Fransiskə hədiyyə edib.

Qvatemaladakı Atitlan gölü yaxınlığında yetişən kakao paxlasından hazırlanmış heykəl Müqəddəs Pyotr meydanında kollektiv qəbul zamanı Roma Papasına təqdim olunub.

Bundan əlavə, Qənnadçılar Birliyinin prezidenti Fransiskə 1,5 ton şokolad bağışlayıb. Papa bildirib ki, şokoladı Romanın evsiz-eşiksiz sakinlərinə paylamaq niyyətindədir.

Papa Fransisk ona bağışlanmış hədiyyələri bir qayda olaraq xeyriyyə məqsədlərinə yönəldir. Məsələn, ötən ilin iyununda baykerlər pontifikə "Harley-Davidson" motosikleti hədiyyə etmişdilər. Papa isə onu "Caritas Roma" katolik xeyriyyə təşkilatına bağışlamışdı.

Fevralın 6-da motosikl Parisdə "Bonhams" hərracında 241,5 min avroya satılıb, halbuki hərrac təşkilatçıları məşhur firmanın motosikletinə görə 12-15 min avro arasında gəlir götürməyə ümid bəsləyirdilər. Roma Papsı bu motosikleti heç vaxt sürməsə də, onun bakında öz avtoqrafını qoyub.

Satışdan əldə olunmuş vəsait yoxsullar üçün "Don Luigi Di Liegro " yeməkxanasının və yataqxanasının yenidən qurulmasına xərclənəcək.

Bu barədə məlumatı İtaliya KİV-ləri yayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə