ABŞ dövlət katibinin müavini Avropa İttifaqını təhqir edib

ABŞ dövlət katibinin müavini Avropa İttifaqını təhqir edib

ABŞ dövlət katibinin Avrasiya regionu üzrə müavini Viktoriya Nuland ilə bu dövlətin Ukraynadakı səfiri Geoffrey Pyatt arasındakı telefon danışığının internetdə yayılması böyük qalmaqala səbəb olub.

"Euronews" kanalının məlumatına görə, telefon danışığında səfir və dövlət departamentinin yüksək səviyyəli nümayəndəsi Ukraynadakı vəziyyəti müzakirə ediriblər. Səfir Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin Ukraynaya dair mövqeyi haqqında məlumat verdikdən sonra V.Nuland Aİ-yə üzv olan dövlətləri ağır şəkildə təhqir edib. Hər iki diplomatın telefon söhbəti müəmmalı şəkildə yazılaraq internetdə yerləşdirilib. Bundan sonra Avropa dövlətlərinin başçıları kəskin etirazlarını bildirib, V.Nulanddan üzr istəməyi tələb ediblər. V.Nuland səs yazısının ona məxsus olmasını təsdiq etməsə də, inkar da etməyib, Aİ–yə üzv olan dövlətlərin başçılarından üzr istəyərək əsəbi olduğunu nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə