Əhməd Davudoğlu Suriyadakı vəziyyəti müzakirə edib

Əhməd Davudoğlu Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu diplomatiya sahəsindəki görüşlərini davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Davudoğlu BMT Baş Katibi Pan Gi Munla telefonla danışıb. Telefon danışığında Hələbdəki humanitar vəziyyət başda olmaqla Suriyadakı vəziyyət müzakirə edilib.

Türkiyə xarici işlər naziri görüşdə Hələbdə son 5 gündə rejimin barrel bombalarından istifadə edərək həyata keçirdiyi hücumlarda 75-i uşaq olmaqla, 250 nəfərin öldürüldüyünə diqqəti çəkib.

Davudoğlu Cenevrə prosesinin başladığı 22 yanvar tarixindən etibarən Suriyada dinc əhalidən 1900 insanın həyatını itirdiyinə işarə edib.

Davudoğlu-Pan görüşündə Hələbdəki son vəziyyətə görə Türkiyəyə daxil olmaq istəyən suriyalıların sayında artım olduğu məsələsindən də danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə