Soçi olimpiadasının təhlükəsizliyini 40 min polis və FTX-nin 30 min əməkdaşı təmin edəcək
Fevralın 7-də Soçi olimpiadasında ilk kvalifikasiya yarışları başlayacaq. Moskva vaxtı ilə səhər saat 10-da kişi snoubordçularının yarış meydanına çıxacağı gözlənilir.
Yarış ərəfəsində Rusiya hökumət dairələri Olimpiya oyunları zamanı təhlükəsizliyin tam təminatına hazır olduqlarını bildiriblər. Şəhərə güc strukturlarının 70 min nəfərlik qüvvəsi nəzarət edəcək ki, onların 40 mini polis, 30 mini isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalistlərə müsahibəsində yerli əhalinin narazılığına səbəb olan sərt təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib. Prezident
gün ərzində Rusiya yığmasının əhatəsində olimpiya obyektlərinə baxış keçirib.
Fevralın 5-də olimpiya məşəli Soçi şəhərinə gətirilib. Məşəl şəhərin bir çox ərazilərində gəzdirilib, yerli sakinlər və şəhərin qonaqları maraqlı estafetin şahidi olmuşdular. Daha sonra Olimpiya məşəli şəhərin ən yüksək nöqtəsinə qaldırılıb, yaxta ilə Soçinin dəniz akvatoriyasını dolaşıb. Yalnız axşam "Krasnaya Polyana"dakı idman şəhərciyinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB