Suriyada Əsədə sadiq qüvvələrin hücumları davam edir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, son 24 saatda müxtəlif şəhərlərə yönəldilmiş hücumlarda 63 nəfər həyatını itirib. Suriya İnsan Haqları Təşkilatı rejim qüvvələrinin müxalifətin nəzarətindəki yerlərə qurudan və havadan hücumlar təşkil etdiyini bildirib.
Hələb, Həma və İdlib kimi şəhərlərin də daxil olduğu çoxlu sayda şəhər hədəfə alınıb. Xüsusilə Hələbdə şiddətli qarşıdurmalar yaşanır.
Digər tərəfdən Ağ evin nümayəndəsi Cey Karney, Əsəd rejiminin əlindəki kimyəvi silahların hamısını təhvil verməməsi barədə yaydığı açıqlamada bildirib ki, kimyəvi silahların məhvinə dair anlaşmanın həyata keçirilməyəcəyini düşünmürük. Yaxın gələcəkdə kimyəvi silahların böyük hissəsinin təhvil veriləcəyini gözləyirik.
Suriyanın əlindəki kimyəvi silahların fevralın 5-nə qədər ölkə xaricinə çıxarılması planlaşdırılmışdı.
Lakin rejimin bunların sadəcə 5 faizini Lazkiyə limanına daşıdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB