Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu iraqlı həmkarı Xoşyar Zebariyə ölkəsində son həftələrdə terror hadisələrinə görə ölənlərə baş sağlığı verib. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, diplomatik qaynaqlardan verilən məlumatda Davudoğlunun hücumlarda həyatını itirən iraqlılara Allahdan rəhmət, İraq hökümətinə və xalqına isə dərin hüznlə bağsağlığı dilədiyi bildirilib.
Qeyd edək ki, İraqda son günlərdə həyata keçirilən hücumlarda xeyli sayda insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB