Türkiyə prezidenti Abdullah Gül Rumıniya prezidenti Baseskunu Çankaya Köşkündə rəsmi mərasimlə qarşılayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Gül və Basesku təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirib.
Türkiyə prezidenti Gül Rumıniya ilə ticari və iqtisadi əlaqələrin əhəmiyyətinə diqqəti çəkərək deyib ki, rəsmi Ankara ticarət həcminin artırılmasını qarşısına əsas məqsəd qoyub.
A.Gül deyib ki, 17 minə yaxın vətəndaşımız və 60 minə yaxın soydaşımız Rumıniyada təhlükəsiz şəkildə yaşayır. Rumıniya rəsmiləri onlar üçün hər şəraiti yaradır.
Rumıniyanın Türkiyənin Avropa İttifaqına verdiyi dəstəyə görə Baseskuya təşəkkür edən Gül, "bu dəstəyin davam edəcəyinə ümid edirik" – deyə, sözlərinə əlavə edib.
Rumıniya prezidenti Basesku da siyasi və iqtisadi əlaqələrin iki ölkə üçün xeyli önəmli olduğunu və ziyarətinin yeganə hədəfinin, əlaqələrin genişləndirilməsi olduğunu bildirib. Rumıniyada 5 milyard dollarlıq yatırım qoyan Türk iş adamlarına təşəkkür edən Basesku, bu rəqəmi iki qatınadək çıxarmaq istədiklərini ifadə edib.
Qonaq prezident bu gün də Ankarada Türkiyə-Rumıniya İqtisadi və Yatırım zirvəsinin açılış iclasına qatılacaq və müxtəlif qurumları ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB