İspaniya Kralı ölkəsindəki diplomatik korpusun nümayəndələri ilə görüşüb

İspaniya Kralı ölkəsindəki diplomatik korpusun nümayəndələri ilə görüşüb

Kral Xuan Karlosun Madriddə diplomatik korpusun və beynəlxalq təşkilatların İspaniyada akkreditə olunmuş nümayəndələri ilə ənənəvi görüşü keçirilib.

Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev də iştirak edib.

Kral Sarayında keçirilmiş mərasimdə Kral Xuan Karlos və xanımı kraliça Sofiya qonaqların hər birinə vaxt ayırıb, onlarla söhbət ediblər.

Kral Xuan Karlos mərasimdə nitq söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə