ABŞ-nın vitse-prezidenti Ukraynaya zəng etdi

ABŞ-nın vitse-prezidenti Ukraynaya zəng etdi

ABŞ-nın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Viktor Yanukoviç ilə telefon əlaqəsi yaradıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağ Evdən verilən açıqlamada, Bidenin söhbət zamanı Ukraynada sülh və əmin-amanlığın yeganə yolunun dialoq və həqiqi razılaşmaladan asılı olduğunu bir daha vurğulandığı bildirilib.

Bidenin Yanukoviçə ölkədəki gərginliyi azaltmaq və insanların inamını qazanmaq üçün hər fürsətdən istifadə etməyin vacibliyini qeyd edib.

Qeyd edək ki, prezident Yanukoviç Avropa İttifaqı ilə ortaqlıq razılaşmasını imzalamaqdan imtina edərək, Rusiyadan 15 milyard dollarlıq maliyyə yardımını qəbul etdiyinə görə xalq ehtiraz mitinqləri keçirməyə başlayıb.

İki aydır davam edən və bəzən şiddətli toqquşmaların da olduğu aksiyalara baxmayaraq, Prezident Yanukoviç ötən həftəyə kimi problemin həlli yolunda addım atmırdı.

Ancaq ötən həftə Yanukoviç Parlamentə həbsdə olan aksiyaçıların sərbəst buraxılması üçün yeni bir qanun layihəsinin hazırlanması təlimatını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə