Pakistan hökuməti ilə Taliban arasında keçirilməsi planlaşdırılan müzakirə təxirə salınıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Pakistandakı Taliban heyətindən bir nümayəndə paytaxt İslamabadda ötən gün başlaması gözlənilən müzarikənin hökumət heyətinin gəlməməsi nəticəsində təxirə salındığını açıqlayıb.
Taliban nümayəndəsi bildirib ki, hökumət heyəti ABŞ-ın təzyiqi ilə müzakirələrə gəlməyib. Hökumət tərəfi isə Taliban heyətində kimlərin iştirak etdiyinə dair məlumatları hələ yeni əldə etdiklərini bildirərək müzakirəyə hazır olduqlarını açıqlayıb.
Pakistan baş naziri Navaz Şərif ölkədə son illərdə 40 min insanın ölümünə səbəb olan qarşıdurmaları başa çatdırmaq üçün Taliban ilə müzakirəyə hazır olduğunu elan etmişdi.
Bu arada Pəşavər şəhərində bir məscid yaxınlığında törədilən partlayışda 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB