Bağdadda eyni vaxtda 2 güclü partlayış olub

Bağdadda eyni vaxtda 2 güclü partlayış olub

İraqın paytaxtı Bağdadda eyni vaxtda 2 güclü partlayış olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bağdadın Yaşıl Bölgə adlı ərazisinə bomba yüklü avtomobillə hücum edilib. Eyni zamanda şəhər mərkəzindəki Min Zənbur adlı restoranda da partlayış olub. İlkin məlumatlara əsasən, adisələrdə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Qeyd edək ki, edilən hücumları heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə