Nüvə proqramına dair anlaşma öz bəhrəsini verməyə başlayıb

Nüvə proqramına dair anlaşma öz bəhrəsini verməyə başlayıb

İranın Qərb ölkələrilə əldə etdiyi nüvə proqramına dair anlaşma iqtisadiyyat sahəsində öz bəhrəsini verməyə başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qərb dövlətlətinin nümayəndələri iş imkanlarını dəyərləndirmək məqsədilə Tehrana yola düşüblər.

Maliyyə sahəsindəki problemləri həll etmək istəyən rəsmi Tehran da nüvə proqramına dair daimi anlaşmanın yollarını axtarır.

Son olaraq Fransadan avtomobil sektorundan 140 nəfər iş adamından ibarət nümayəndə heyəti İrana gedib.

Son aylarda çoxlu sayda Qərb şirkətlərilə görüşdüklərini qeyd edən iranlı səlahiyyətlilər, xarici iş adamları ilə daimi iqtisadi əlaqələr qurmaq istədiklərini və heç bir məhdudiyyət qoymayacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə