Ərdoğan: “Türkiyənin ən önəmli problemlərindən olan inflyasiya keçmişdə qalıb”
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri çərçivəsində Berlində "XXI Əsrdə Türkiyə, Avropa və Dünya" mövzula konfransda çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniya Xarici Ticarət İnstitutunun təşkil etdiyi tədbirdə Ərdoğan, 11 ildir Türkiyəni Avropa standartlarına yaxınlaşdırmaq üçün fəaliyyətləri davam etdirdiklərini bildirib.
Baş nazir deyib ki, 2014-cü il Türkiyə-Avropa İttifaqı əlaqələri cəhətdən tarixi bir il olacaq: "Qlobal maliyyə böhranı, Ərəb baharı, Suriya və Misir məsələləri başda olmaqla bir sıra proseslər, əslində Türkiyənin Avropa İttifaqına yox, Avropa İttifaqının Türkiyəyə olan ehtiyacını hamımızın görməsinə imkan yaratdı".
Türkiyənin iqtisadiyyatındakı irəliləyişə diqqət çəkən Ərdoğan, "artan əhali sayına baxmayaraq işsizlik azaldı. Türkiyə iqtisadiyyatının ən önəmli problemlərindən olan yüksək inflyasiya artıq keçmişdə qalıb. Borclanma faizləri də azalıb" – deyə, o, sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB