Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda olub

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda olub

Türkiyə Silahlı Qüvvələrinin Komanda-Qərargah Zabitləri Kursunun (KOMKARSU) nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edib. SİA-nın məlumatına görə, briqada generalı Sami Özatakın başçılıq etdiyi nümayəndə heyətində Hava, Dəniz və Hərb Akademiyalarının yüksək rütbəli zabitləri təmsil olunur. General Özatak, ziyarət zamanı azərbaycanlı nümayəndələrdən 20 yanvar hadisələrinə dair məlumat alıb.

Nümayəndə heyətinin bu gün müdafiə naziri Zakir Həsənov ilə görüşü planlaşdırılır. Türkiyə heyəti Azərbaycan silahlı Qüvvələrinin Hərbi Akademiyasında da olacaq. Səfər 5 gün davam edəcək.

Türkiyə Quru Qüvvələrinin daha bir nümayəndə heyətinin isə həmin tarixlərdə Gürcüstanda səfərdə olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə