ABŞ müdafiə nazirliyinin nümayəndəsi Cen Psaki Suriyada Əsədə sadiq qüvvələrin müxalifətin nəzarətindəki bölgələrə qarşı həyata keçirdiyi "barrel bombası" hücumlarını sərt dillə tənqid edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Psaki verdiyi yazılı açıqlamada bildirib ki, bu hücumları qınayırıq: "Belə hadisələr və dinc əhalinin öldürülməsi böyük narahatçılıq doğurur. Bu cür hadisələr Suriyada meydanlarda necə bir təhlükənin olduğundan xəbər verir".
Psaki onu da sözlərinə əlavə edib ki, ABŞ olaraq belə hadisələrin qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində yeni addımlar atılmasına səy göstəririk. Bu, həm siyasi proses, həm də BMT və beynəlxalq müttəfiqlərlə görüşlər çərçivəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB