Bu gün "Facebook"un 10 yaşı tamam olur

Bu gün "Facebook"un 10 yaşı tamam olur

Bu gün "Facebook" sosial şəbəkəsinin 10 yaşı tamam olur. SİA-nın məlumatına görə, şəbəkə 2004–cü ilin bu günü Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. Belə bir şəbəkə yaratmaq fikrinə düşən M. Zukerberqin məqsədi Harvard Universiteti tələbələri üçün görüş yeri yaratmaq idi. Lakin Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi.

Layihəyə ilk investisiya Piter Til tərəfindən qoyulub. Bütün bunlara o, 500 min dollar vəsait qoyub.

İndi Facebook sosial şəbəkəsinin dünya üzrə 500 milyondan artıq istifadəçisi var. Şirkətin özündə 1700-dən çox adam çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə