Təyyarə qəzasında 4 nəfər ölüb

Təyyarə qəzasında 4 nəfər ölüb

ABŞ-ın Tenessa ştatının Neşvil şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 4 nəfər həlak olub. Həlak olanların şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib. Hadisə ötən gün yerli vaxtla 17:00 radələrində baş verib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Lakin şahidlər bildirirlər ki, pilot Beynəlxalq Gənclər Xristian Təşkilatı və Qocalar evinin binası ilə toqquşmadan canını qurtarmağa qurtara bilsə də tikintinin 6 kilometrliyindən yerə çırpılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə