2020-ci ildə top-menecerlərin 40 faizini qadınlar təşkil edəcək

2020-ci ildə top-menecerlərin 40 faizini qadınlar təşkil edəcək

Böyük Britaniyanın "Lloyds Banking Group" adlı ən böyük pərakəndə bankı bildirib ki, 2020-ci ildə bankda rəhbər vəzifələrin 40 faizini qadınlar tutacaq. Bankın rəhbərliyi qeyd edib ki, hazırda bu göstərici 28 faiz təşkil edir.

Bu məqsədi həyata keçirmək üçün aktivlərinin üçdə bir hissəsi vergi ödəyicilərinə məxsus olan "Lloyds" öz kadr siyasətində fundamental dəyişikliklər etməyi planlaşdırır.

Britaniya hökuməti iri şirkətlərə təzyiq göstərir, onları gender bərabərliyi siyasəti çərçivəsində top-menecerlər arasında qadınların sayını artırmağa çağırır.

Əks təqdirdə hökumət normalar müəyyən edəcək və bu normalara əməl olunmaması qanunla təqib ediləcək.

"Lloyds Banking Group plc" şirkəti 2009-cu ildə, "Lloyds" bankı rəqibi "HBOS" bankını ("Şotlandiya Bankı") aldıqdan sonra yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə