Fevralın 1-də Litva Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) ilk dəfə sədrlik etməyə başlayıb.
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib: "Litvanın prioritetləri hüququn aliliyi, münaqişələr dövründə vətəndaşların, xüsusən qadınların və uşaqların müdafiəsi məsələləridir".
Fevralın 19-da hüququn aliliyi məsələsinə dair diskussiya keçiriləcək. Bu diskussiyanı Litvanın xarici işlər naziri aparacaq.
L.Linkyaviçyus deyib: "Yaxın Şərq, Suriya, Cənubi Sudan, Qvineya-Bisau məsələlərinə baxılması planlaşdırılır. İki komitədə - Konqo Demokratik Respublikasına və Mərkəzi Afrika Respublikasına (MAR) sanksiyalar üzrə komitələrdə məsləhətləşmələr aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB