Yaşlı çexlərin borcları onların pensiyalarından icbari yolla tutulur

Yaşlı çexlərin borcları onların pensiyalarından icbari yolla tutulur

Çexiyada borcları pensiyalarından icbari qaydada tutulan pensiyaçıların sayı artır. Ötən ilin sonunda onların sayı təxminən 71 minə çatıb, 2006-cı ildən isə iki dəfədən çox artıb. Çexiya Sosial Təminat İdarəsindən (ČSSZ) ČTK informasiya agentliyinə verilən məlumata görə, təkcə 2013-cü ildə belə vətəndaşların sıraları təxminən 3 400 nəfər artıb.

ČSSZ-nin mətbuat katibi Yana Buranyova bildirib: "Məbləğin tutulması təhlükəsi təxminən on minlərlə pensiyanın üzərində var, lakin bu pensiyalar həddindən aşağı olduğundan, idarəmiz pensiyaçılardan borclarını tuta bilməyiblər".

Bir çox təşkilatlar pensiyaçıları onlar üçün təhlükəli olan bahalı mal almaqdan və borc asılılığına düşməkdən çəkindirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə