Bişkekin CA-NEWS İnformasiya Agentliyinin məlumatına görə, Qırğızıstanın "Manas" Beynəlxalq aeroportunda məskunlaşmış ABŞ Tranzit Daşımaları Mərkəzinin (TDM) fevral ayında Rumıniyadakı "Mixail Koqalniseanu" aviabazasına köçürülməsinə başlanacaq.
Xəbərdə deyilir ki, Rumıniyadakı TDM nisbətən kiçik olacaq və hərbçilərin sayı azaldılacaq. Belə ki, Qırğızıstandakı mərkəzdə bir qayda olaraq 1400 hərbçi, 200-dən artıq mülki vətəndaş fəaliyyət göstərirdisə, indi şəxsi heyətin sayı 400-dən artıq olmayacaq. Onlar əsasən ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması ilə məşğul olacaqlar. 2014-cü il ərzində qəbul edilmiş qərardan asılı olaraq, 20-30 min hərbçinin ABŞ-a göndərilməsi nəzərdə tutulur.
Agentlik bildirir ki, Rumıniya tərəfi TDM-in yerləşdirilməsi müqabilində Amerikadan yanacaq alacaq.
Xatırladaq ki, Qırğızıstan parlamenti və hökuməti ABŞ-ın "Manas" Beynəlxalq Aeroportundakı Tranzit Daşımaları Mərkəzinə dair sazişin ləğv olunması haqqında qanun layihəsini təsdiq etmiş və Qırğızıstan Prezidenti sənədi imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB