Yaponiyada insan sifətinin avtomatik tanınması sistemi sınaqdan keçiriləcək

Yaponiyada insan sifətinin avtomatik tanınması sistemi sınaqdan keçiriləcək

Yaponiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Yaponiya Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutunun mütəxəssisləri ölkədə sifətin avtomatik tanınması sistemini sınaqdan keçirməyi planlaşdırır.

Sınaqlar zamanı Yaponiyanın üçüncü böyük şəhəri Osakanın müxtəlif nöqtələrinə 90-dan çox videokamera quraşdırmaq planlaşdırılıb. Osakanın mərkəzi nəqliyyat qovşağından gündəlik 822 mindən çox insan keçir.

Sistem aşağıdakı qaydada işləyir. O, kütlənin içərisindən ayrı-ayrı vətəndaşların sifətini ayırır və onların hərəkətini izləyir. Bu halda sistem növbəti gün yenidən vağzala gələn eyni insanları tanıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə