Məktəbə silahlı basqın olub

Rusiyada bir məktəbə silahlı basqın olub. SİA-nın məlumatına görə, Moskvada bir məktəbə basqın edən gənc, bir polis əməkdaşı ilə bir müəllimi öldürüb, 20-dən artıq şagirdi isə girov götürüb.

Silahlı gənc bir müddət sonra girov götürdüyü şagirdlərdən bir hissəsini sərbəst buraxıb. Məlumatda bildirilib ki, aparılan müzakirələrdən sonra silahlı şəxs nəzarətə alınıb, girov götürülənlər isə azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə