İran ilə altılıq ölkələri arasında əldə olunan nüvə razılaşması bu ölkə üçün müsbət nəticələrini verməyə başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 yanvarda əldə edilən razılaşma çərçivəsində İran nüvə reaktorlarının fəaliyyətini dayandırdıqdan sonra ölkənin dondurulmuş neft gəlirlərini almağa başlayıb.
Qeyd edək ki, İranın əsasən neft gəlirlərindən ibarət olan 4 milyard 200 milyon dollarına embarqo qoyulmuşdu. Razılaşmaya əsasən bu pul İrana 8 hissə şəklində ödəniləcək ki, bunun da ilk hissəsi verilmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB