Gürcüstanın neft idxalının təxminən 30 faizi Azərbaycanın payına düşür
Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycan Respublikasından bu ölkəyə 275,69 milyon dollar məbləğində 295,74 min ton neft və neft məhsulları idxal olunub.
Bu, Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının 28,89 faizini təşkil edir. Məlumatda keçən il ölkəyə ümumilikdə 954,41 milyon dollar məbləğində neft və neft məhsulları idxal olunduğu qeyd bildirilir.
2013-cü ildə Gürcüstan Azərbaycandan ümumilikdə 638,11 milyon dollar məbləğində məhsul idxal edib ki, bu da 2012-ci illə müqayisədə 0,7 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB