Anasını kürəyində daşıyaraq Türkiyəyə sığındı və huşunu itirdi

Anasını kürəyində daşıyaraq Türkiyəyə sığındı və huşunu itirdi

Türkiyənin Suriya ilə olan Kilis sərhədyanı bölgəsində həyat dramı yaşanıb. SİA CNNtürk.com-a istinadən xəbər verir ki, Əl-Qaidə tettor şəbəkəsinə bağlı olan İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşması türkmanların yaşadığı Çobanbəy bölgəsinə hücum edərək, qısamüddətli atıçmalardan sonra həmin ərazini işğal ediblər. Terrorçular türkman ailələrinə ultimatum veriblər ki, əgər qısa zaman ərzində oranı tək etməsələr, hər kəsi edam edəcəklər.

Lakin bu hadisələr fonunda qanları donduracaq qədər həyat dramı yaşanıb. Müharibə alovundan qaçan Məhəmməd əl-Məhəmməd adlı türkman 80 yaşlı xəstə anası Ayişə Mustafanı 2 km. boyunca dayanmadan, fasiləsiz şəkildə kürəyində daşıyaraq Türkiyə ərazisinə keçib. Türkiyəyə sığınan Məhəmməd anasını sərhəddə gözləyən yaxınlarına təslim etdikdən sonra halsız vəziyyətdə yerə yıxılıb və hüşünü itirib.

Xatırladaq ki, Suriyada müxalifət silahlıları arasında fakir ayrılıqları yaranıb və Əl Qaidəyə bağlı İraq Şam İslam Dövləti terror qruplaşması ilə türkmanların yer aldığı Azad Suriya Ordusu (ASO) arasında silahlı qarşıdurmalar yaşanmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə