Gürcü politoloqu: "Soçi Olimpiadasından sonra Rusiya Gürcüstana qarşı təzyiq siyasəti yürüdəcək"

Gürcü politoloqu: "Soçi Olimpiadasından sonra Rusiya Gürcüstana qarşı təzyiq siyasəti yürüdəcək"

Gürcüstanlı politoloq Soso Tsiskarişvili iddia edir ki, Soçi Olimpiadasından sonar Rusiya tərəfi Gürcüstana qarşı təzyiq siyasəti yürüdəcək. SİA Gürcüstanın apsny.ge informasiya agentliyinə istinadən xəbər verir ki, gürcü politoloqu bu istiqamətdə - iqtisadi sanksiyalar çərçivəsində "beşinci kolon"dan da istifadə etmək fikrindədir ki, bu amil Gürcüstan üçün təhlükədən xəbər verir: "Rusiyanın bu istiqamətdəki fəaliyyəti Soçi Olimpiadası başa çatar-çatmaz reallaşa bilər. Ukrayna hadisələrinin Gürcüstanda təkraralanması ehtimalı günü-gündən artır".

Qeyd edək ki, Soso Tsiskarişvili Cənubi Qafqazda yalnız Azərbaycanın balanslı siyasət yürütdüyünü vurğulayıb və bildirib ki, Azərbaycanı heç bir halda təhlükə gözləmir.

Xatırladaq ki, bundan öncə Gürcüstan prezidentinin xarici əlaqələr siyasəti üzrə məsləhətçisi Vano Maçavariani də açıqlama vermişdi ki, o, Soçi Olimpiadasından sonar Rusiyanın Gürcüstana qarşı təzyiq siyasətinin intensivləşəcəyini istisna etmir."Təzyiq intensivliyi iqtisadi cəhətdən və siyasi cəhətdən arta bilər, hətta siyasi elitanın da bundan zərər çəkəcəyini ehtimal etmək mümkündür"-deyə Maçavariani bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə