İraqın paytaxtı Bağdadda meydana gələn 6 partlayışda 13 nəfər ölüb, 41 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bağdadın fərqli bölgələrində ötən gün 3-ü bomba yüklü avtomobil olmaqla 6 partlayış baş verib. Hadisələrdə aralarında əsgərlər də olmaqla 13 nəfər həyatını itirib, 41 iraqlı yaralanıb.
Ölkənin rəsmiləri tərəfindən yayılan məlumata görə, ölü sayının artacağı istisna deyil.
Qeyd edək ki, hələ də təşkil edilən partlayışları heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB