İndoneziyanın qərbində yerləşən Sinabung yanardağı yenidən fəalliyyətə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya Təbii Fəlakətlərin Zərərsizləşdirilməsi təşkillatının spikeri Sutopo Purwo Nugroho yanardağda yeni partlayışların olduğunu bildirib.
Nugroho dağın cənub ətəklərindən 4,5 kilometr kənara yayılan lavaların və yandırıcı qazların ən az 11 nəfərin həyatını itirməsinə, 3 nəfərin isə yaralanmasına səbəb olduğunu açıqlayıb: "Yanardağ hələ də aktivdir və o püskürərkən lavaların və vulkanik qazların hündürlüyü 2 min metrdən çox olur. Sinabung yanardağındakı fəallıq bir neçə həftə öncə başlayıb, əvvəlki partlayışlar səbəbi ilə evlərini tərk edənlərin təxminən 14 mini ötən cümə günü evinə geri dönüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB