İran Qərbin dondurduğu aktivlərindən 500 milyon dollarlıq ilk tranşını alıb. SİA xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bu ölkənin İSNA agentliyinə müsahibə verərkən deyib. "İlk 500 milyonluq tranş İsveçrə bankının hesabına köçürülüb və proses razılıq əsasında baş tutub" deyə qeyd edən XİN rəsmisi onu da bildirib ki, bu proses davam edəcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya İran-"altılıq" danışıqları çərçivəsində ölkə aktivlərinin geri qaytarılması ətrafında razılığa gəliblər. 2013-cü ilin 24 noyabr tarixində əldə edilmiş razılığa əsasən, dondurulmuş aktivlər mərhələli şəkildə geri ödəniləcək. Məbləğin dəyəri 4,2 milyard dolları təşkil edir. Razılıq 2014-cü ilin 20 yanvarında qüvvəyə minib. Belə ki, İslam Respublikası danışıqlar çərçivəsində uranın 5%-dən artıq işlənməməsi barədə öhdəlik götürüb. "Alltılıq" ölkələri isə öz növbəsində İrana qarşı yeni sanksiyaların tətbiq etməyəcəklərini bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB