Kanada XİN: "Ukraynada insanların oğurlanması sülhməramlı etirazçıları qorxutmaq məqsədi daşıyır"
Kanada xarici işlər baziri Con Berd bəyan edib ki, rəsmi Ottava Ukrayna müxalifətinin aparıcı lideri Dmitri Bulatovun oğurlanmasından ciddi narahatdır. SİA İtar-Tass-a istinadən xəbər verir ki, Kanada dövlət rəsmisi Ukraynada insanların oğrulanmasını sülhməramlı etirazçıları qorxutmaq məqsədi daşıdığını iddia edir."
Qeyd edək ki, rəsmi Ottava artıq bir neçə Ukrayna dövlət nümayəndələrinə Kanada ərazisinə daxil olmağa icazə vermir.
Onu da xatırladaq ki, Kanadada Rusiyadan sonra ən çox diasporu olan xalq ukraynalılardır. Onların sayı 1,2 milyondur və hər 30-cu kanadalı ukrayna kökənlidir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB