Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk (1991-1994) bəyan edib ki, ölkə konstitusiyasının dəyişikliyi üçün ciddi yanaşma etmək lazımdır. SİA İtar Tass agentliyinə istinadən xəbər verir ki, bunun üçün xüsusi komissiya yaratmaq gərəkir.
Bu arada ölkənin baş naziri vəzifəsini icra edən Sergey Arbuzov isə öz növbəsində qeyd edib ki, Ukrayna hökuməti artıq siyasi böhran vəziyyətində işləməyi öyrənib: "Mövcud situasiya bizi mobil şəkildə və sərt hərəkət etməyə vadar edir".
Arbuzov Ukraynanın yeni nazirlər kabinetinin yaxıb yaxın saatlarda təyin olunacağını da istisna etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB