Latviyanın 2015-ci ildə Aİ Şurasında sədrliyinə hazırlıq məsələləri müzakirə edilib
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs yanvarın 30-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton ilə görüşündə aktual xarici siyasət və təhlükəsizlik siyasəti, habelə "Şərq Tərəfdaşlığı" proqramına üzvü olan ölkələrlə əməkdaşlıq, Latviyanın 2015-ci ildə Aİ Şurasında sədrliyinə hazırlıq məsələlərini müzakirə edib.
E.Rinkeviçs deyib ki, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya məsələləri, eləcə də Avropa üçün digər əhəmiyyətli məsələlər Latviyanın Aİ Şurasında sədrliyi dövründə onun xarici siyasətinin prioritetləri olacaq. Bu məsələlər Latviyanın sədrliyinin planlaşdırılması və ona hazırlıq işləri sıx əməkdaşlıq şəraitində dəqiqləşdiriləcək.
E.Rinkeviç və K.Eşton Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı müzakirə edərək belə bir yekdil rəyə gəliblər ki, 2013-cü ildə Vilnüs zirvə görüşündə paraflanan Moldova və Gürcüstan ilə assosiativ sazişi bu ilin avqustuna qədər imzalamaq lazımdır. E.Rinkeviç bildirib ki, gələcəkdə Moldova ilə vizasız rejimin tətbiq edilməsi əhəmiyyətli olacaq. O, Aİ ilə Belarus arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasının tezləşdiriləcəyinə ümidvar olduğunu bildirib. Şərq Tərəfdaşlığının Vilnüs zirvə görüşündə Azərbaycan ilə də analoji saziş imzalanıb.
E.Rinkeviçs danışıqlarda diqqəti Aİ ilə Mərkəzi Asiya arasında əməkdaşlığın davam etdirilməsi üzərində cəmləyərək, prioritetlər arasında regional təhlükəsizlik məsələsini qabardıb.
Görüşdə Ukraynadakı vəziyyət təhlil edilib və bildirilib ki, bu ölkədəki böhranı yalnız dialoq yolu ilə həll etmək mümkün olacaq. Aİ böhranın aradan qaldırılmasına dair səyləri dəstəkləməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB