Misirdə 20 jurnalist məhkəmə qarşısına çıxacaq. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Belə ki, Qətərin "Əl-cəzirə" telekanalının 20 əməkdaşı terrorçu qruplarla əlbir olduqları üçün Misir məhkəməsində cavab verməli olacaqlar. Jurnalistlər bu qruplarla birləşərək cəmiyyətə milli təhlükəsizliklə bağlı yalan məlumatların yayılmasında yardımçı olduqları üçün saxlanılıblar.
Ölkə Prokurorluğun verdiyi xəbərə görə, təqsirləndirilənlərin arasında 2 ingilis, Niderland və Avstraliya vətəndaşları var. Onlar yalan məlumatların yayılmasında terror təşkilatları ilə əlbir olublar. Deyilənlərə görə, 20 nəfərdən ibarət olan bu jurnalist qrupu xüsusi informasiya şəbəkəsi yaradıblar və bu şəbəkə vasitəsilə öz məqsədlərini həyata keçirmək üçün təhrif olunmuş məlumatlar yaymaqla məşğul olublar.
Qeyd edək ki, ötən ilin sonu 8 jurnalist həbs olunub. Onlardan 3-ü sözügedən kanalın əməkdaşları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB