Ötən gün Bağdadda baş verən terror aktlarında 19 nəfərin öldüyü bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxtın Şula rayonunda ikiqat partlayış nəticəsində 7, Bağdad ərazisində minalanmış avtomobilin partladılması nəticəsində isə 5 nəfər ölüb.
Talibiyada 4, xristianların yaşadığı məhəllədə isə 3 nəfər güllələnib.
Qeyd edək ki, yanvar ayında İraqda terror aktlarının qurbanlarının sayı min nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB