Ermənistanda əhali ölkəni kütləvi şəkildə tərk edir

Ermənistanda əhali ölkəni kütləvi şəkildə tərk edir

Ermənistanda əhali ölkəni kütləvi şəkildə tərk edir. Ermənistanın Miqrasiya üzrə Araşdırma Komissiyası apardığı araşdırmaların nəticələrini mətbuata açıqlayıb. "Haykakan Jamanak" qəzeti ilkin nəticələrin Ermənistan üçün arzuolunmaz hal olduğunu yazıb.

Araşdırmalarda birbaşa iştirak etdiyini deyən Ermənistan Miqrasiya Məsələləri üzrə Agentliyinin rəhbəri Gagik Yeganyan nəticələr ürəkaçan olmadığı üçün mətbuata dəqiq açıqlama verməkdən boyun qaçırıb. "Haykakan Jamanak" qəzeti isə Ermənistanı tərk edənlərin 80 faizinin ölkədə siyasi, sosial, iqtisadi vəziyyətin daha da ağırlaşmasını, yoxsulluq səviyyəsinin artaraq başlıca problemə çevrilməsini əsas səbəb kimi göstərdiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə