Qahirədə daxili işlər nazirinin texniki departamentə başçılıq edən köməkçisi naməlum şəxslər tərəfindən güllələnib. Yerli KİV-lər xəbər verir ki, general Məhəmməd Səid Qahirədəki evinin yaxınlığında öldürülüb.
İstintaqın ilkin məlumatına görə, cinayətkarlar motosikletlə generalın yaşadığı yerə gəlmiş və o, küçəyə çıxan kimi avtomat silahdan atəş açıblar. Odlu silahdan ölümcül yaralanan məmur "təcili yardım" maşını gələnədək vəfat edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə almışlar. Qatillərin portreti tərtib edilib, intensiv axtarış aparılır.
Xatırladaq ki, keçən ilin sentyabr ayında daxili işlər naziri Məhəmməd İbrahimin özünə sui-qəsd edilmişdi, lakin o, xilas ola bilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB