Misirin müdafiə naziri Əbdülfəttah əs-Sisiyə feldmarşal rütbəsi verilib
Misir Ərəb Respublikasının müvəqqəti prezidenti Ədli Mənsur öz fərmanı ilə baş nazirin birinci müavini, müdafiə və hərbi sənaye naziri, silahlı qüvvələrin baş komandanı, ordu generalı Əbdülfəttah əs-Sisiyə Misir ordusunda ali hərbi rütbə olan feldmarşal rütbəsi verib.
Qeyd etmək lazımdır ki, Məhəmməd Mürsi prezident vəzifəsindən kənarlaşdırılandan sonra Əbdülfəttah əs-Sisi Misirin ən populyar siyasətçisidir. Misirlilərin çoxu qarşıdakı seçkilərdə onun prezident vəzifəsinə öz namizədliyini irəli sürməsini arzu edir.
Lakin onun bu vəzifəyə öz namizədliyini irəli sürüb-sürməyəcəyi hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB