Gürcüstan Prezidentinin xarici işlər üzrə müşaviri Vano Maçavariani Türkiyə Prezidenti Abdullah Gülün yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini bildirib. O bildirib ki, bu barədə qərar Gürcüstan Prezidentinin Türkiyəyə səfəri zamanı qəbul olunub.
V.Maçavariani deyib: "Türkiyə tərəfi Prezident Abdullah Gülün yaxın vaxtlarda Gürcüstana səfər etməsi üçün hazır olduğunu bildirib. Bundan başqa, Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanması məqsədi ilə üçtərəfli təşəbbüslərin ilkin şərtləri barədə də rəy bildirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB