İranda zəlzələ olub

Bu gün səhər ssatlarında İranda zəlzələ qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 4,9 bal gücündə baş verən zəlzələ İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhəri yaxınlığında qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barəsində hələ ki, heç bir məlumat açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə